“Google“dan Əfqanıstana elektron poçt yasağı

saytların hazırlanması

Evə çatdırılma

“Google“dan Əfqanıstana elektron poçt yasağı

Maraqlı

04 Sentyabr 2021 11:30 1577


“Google” Əfqanıstan hökumətinin müəyyən edilməmiş sayda e-poçt hesabını müvəqqəti olaraq bağlayıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb keçmiş məmurlar və onların beynəlxalq tərəfdaşlarının buraxdığı rəqəmsal kağız izi ilə bağlı qorxuların artması olub.

“Taliban”ın ölkəyə nəzarəti ələ keçirməsindən bir neçə həftə sonra bazada olan məlumatlardan düşmənlərini ovlamaq üçün istifadə edə bilər. Çünki hökumət məlumat bazaları və e-poçtlar keçmiş idarəçilər, nazirlər, xarici tərəfdaşlar haqqında məlumat verir. Sezar pizza

İctimaiyyətə açıq olan poçt mübadiləsi qeydləri göstərir ki, maliyyə, sənaye, təhsil və mədən nazirlikləri də daxil olmaqla 20-yə yaxın Əfqanıstan hökumət orqanı rəsmi e -poçtları idarə etmək üçün “Google” serverlərindən istifadə edib.

O cümlədən, Əfqanıstanın prezident protokolu ofisi də bəzi yerli hökumət orqanları kimi, qeydlərə görə “Google”dan yararlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!