Goranboyda 12 yaşlı qız küçə itlərinin hücumuna məruz qalıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, aprelin 11-də, saat 15:30-da 2013-cü il təvəllüdlü şəxs (qadın cinsli) it dişləməsi səbəbi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. pizza hut
Ona ayaq pəncəsinin deşilmiş yarası diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Telegram kanalımız