Goranboyda minaya düşən şəxsin ayağı amputasiya edildi

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda minaya düşən şəxsin ayağı amputasiya edildi

Hadisə

31 May 2025 15:06 358


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri Goranoyda baş verən mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, məlumatda Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsinin baş verdiyi qeyd olunur:

"Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib. pizza

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!