Goranboyda minik maşını aşdı, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda minik maşını aşdı, xəsarət alanlar var

Hadisə

09 İyun 2025 13:49 288


Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Samir Məmmədovun idarə etdiyi "Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, minik maşını yolun kənarına aşıb. pizza hut

Qəza zamanı sürücünü övladı 2010-cu il təvəllüdlü Nicat Məmmədov, 1953-cü il təvəllüdlü Aslan Məmmədov xəsarət alıblar. Yaralılar Təcili yardım maşını ilə Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!