Goranboy rayonunda yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Səfikürd kəndi istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı minik maşını “Azsamand” markalı avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxaraq ağaca çırpılıb. pizza mizza
Hadisə zamanı maşında olan 2 nəfər Aşağı Ağcakənd kənd sakinilərindən biri - 1993-cü il təvəllüdlü Xanlarov Samir Telman oğlu ölüb, digəri - 2000-ci il təvəllüdlü Məmmədov Əli Mübariz oğlu yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyada olan yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız