Goranboyda qaynananın tirdən açdığı atəş gəlinini yaraladı

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda qaynananın tirdən açdığı atəş gəlinini yaraladı

Hadisə

14 May 2025 23:08 381


Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.

2001-ci il təvəllüdlü N.Xudaverdiyeva qarnın küt travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. pizza mizza

İlkin məlumata görə, hadisə zamanı qadının qaynanası – 1968-ci il təvəllüdlü G.Xudaverdiyevanın əlində olan tirdən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia edilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!