Goranboyda qəza: Yeniyetmə öldü, digərləri...

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda qəza: Yeniyetmə öldü, digərləri...

Sosial

02 Yanvar 2026 12:07 399


Goranboyda avtomobilin aşması nəticəsində xəsarət alan 2 nəfər özəl tibb müəssisələrinə yerləşdirilib.

"Yeni Sabah" TƏBİB-ə istinadla xəbər verir ki, biri kişi, ikisi qadın olmaqla, 3 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan 2 qadın zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub. pizza hut

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb. 

Xatırladaq ki, maşını 1986-cı il təvəllüdlü Adil Hüseynov idarə edib. 1991-ci il təvəllüdlü ana Lamiyə Əliyeva və qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 2009-cu il təvəllüdlü Sabir Hüseynov isə həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!