Uzun müddətdir efirlərdə görünməyən İlham Mirzəyev toylarda aparıcılığa başlayıb.
“Yeni Sabah” Baku.ws-ə istinadən xəbər verir ki, Türkiyədə seriala çəkilən məşhur teleaparıcı toy məclislərinə aparıcı kimi dəvət aldığı üçün Bakıya gəlib.
İ.Mirzəyevin aparıcılıq etdiyi toyda digər tanınmışlar da iştirak edib. O, dostluq münasibətində olduğu Mətanət İskəndərli ilə duet oxuyub. pizza
Mirzəyev hələ bir müddət Azərbaycanda olacaq.
Telegram kanalımız