Gorusdakı bu ərazilər Azərbaycanın nəzarətinə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Gorusdakı bu ərazilər Azərbaycanın nəzarətinə keçdi

Rəsmi

29 Dekabr 2020 21:58 1451


Ermənistanın Sünik vilayətinin Gorus rayonunda 12 bina və tikili Azərbaycanın nəzarətinə keçib.

Yenisabah.az xəbər verir ki, bunu Gorus merinin müavini İrina Yolyan deyib.

Yolyanın sözlərinə görə, 12 tikilidən 3-ü yaşayış evidir: Toyuqlu pizza

"Sakinlər əmlaklarını çıxarıblar. Evlərlə yanaşı, yerli bağçılıq müəssisələrindən biri tərəfindən inşa edilmiş tikililər də Azərbaycana veriləcək. Azərbaycanlılar artıq bu ərazidədir. Məlumat var ki, onlar orada başqa nişan qoymaq istəyirlər”, - Yolyan bildirib.

Qeyd edək ki, ərazilərimiz işğal altında saxlanıldığı zaman ermənilər sərhədi qabağa çəkib və burda həm məskunlaşıb, həm də torpağımızı istismar ediblər. Hazırda Ordumuz sərhədlərimizi bərpa edir.

Gorusdakı Şurnux kəndindəki 12 binanın da Azərbaycan ərazisinə düşdüyü bildirilmiş və o binaları boşaltmaq üçün Ordumuz ermənilərə bir neçə saat vaxt vermişdi. /Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!