Göyçayda yaşayış evi yanıb.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndinədə baş verib. Kənd sakini Malikə Qarayevaya məxsus ümumi sahəsi 160 kvadratmetr sahəsi olan birnərtəbəli ev əşyaları ilə birgə yanaraq yararsız hala düşüb. Əraziyə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı həyəcanlanan ev sahibi 79 yaşlı M.Qarayeva ürəktutmasından ölüb.
Yanğının baş vermə səbəbləri araşdırılır. /Qafqazinfo Sezar pizza
Telegram kanalımız