Göyçayda həyətə düşən müəmmalı cisimlə bağlı polisdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda həyətə düşən müəmmalı cisimlə bağlı polisdən açıqlama

Hadisə

04 Dekabr 2019 10:45 1187


Ötən gün axşam saatlarında Göyçay rayon Yekəxana kəndində yaşayan Fazil Əsədovun həyətinə düşən bağlama ilə bağlı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

"Yeni Sabah" bildirir ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, vətəndaşın həyətinə düşən bağlama Göyçay RPŞ əməkdaşları tərəfindən götürülüb. Müəyyən olub ki cihazın hər hansısa bir təhlükəsi yoxdur.Araşdırma aparılır

Xatırladaq ki, ötən gün axşam saatlarında Göyçayın Yekəxana kəndindən yaşanan Fazil Əsədovun fərdi həyətinə bağlama düşüb.Bağlama üzərində şar olan plastik qabdan ibarət olub. Bağlamanın şara bağlı vəziyyətdə hava ilə getdiyi vaxt düşdüyü ehtimal olunur. pizza hut

Bağlamanın üzərinə "Ermənilər şərərfsizdir, hər şey vətən üçün" yazıları var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!