Göyçayda yas mərasimində DƏHŞƏT – Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda yas mərasimində DƏHŞƏT – Yaralılar var

Hadisə

08 Aprel 2025 09:39 715


Göyçayda yas mərasimində evin eyvanı uçub.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.

Belə ki, evdə yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub. Nəticədə 1978-ci il təvəllüdlü Mətanət Ağakərim qızı Həşimova, 1969-cu il təvəllüdlü Kəmalə Həşim qızı Vahidova, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Saxanım Suru qızı Cabbarova, 1966-cı il təvəllüdlü Nazilə Məzahir qızı Məmmədova və 1963-cü il təvəllüdlü Susaxan Suru qızı Əliyeva həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar. Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!