Göygöldə işlədiyi evdən oğurluq edən usta tutuldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə işlədiyi evdən oğurluq edən usta tutuldu - Fotolar

Kriminal

18 Yanvar 2020 15:01 1545


Göygöldə işlədiyi evdən oğurluq edən şəxs saxlanılıb.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"a daxil olan məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Aydın Cəfərov naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 12520 manat olan müxtəlif növ məişət əşyalarını oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evi təmir edən, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan, Gəncə şəhərində müvəqqəti yaşayan 29 yaşlı Elvin Abbasov Muxtar Respublikada  saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı o törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı məişət əşyalarını satdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!