Gözlənilməz hadisə:   ABŞ bu ölkədən qoşunlarını tam çıxarır

saytların hazırlanması

Evə çatdırılma

Gözlənilməz hadisə: ABŞ bu ölkədən qoşunlarını tam çıxarır

Dünya

23 Yanvar 2026 09:38 445


ABŞ administrasiyası Suriyadakı hərbi kontingentin tamamilə çıxarılması variantını ciddi şəkildə müzakirə edir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ştatların Müdafiə Nazirliyinin (Pentaqon) mövqeyindəki bu dəyişiklik son dövrlərdə Vaşinqtonun dəstəklədiyi kürd koalisiyasının hərbi cəbhədə üzləşdiyi məğlubiyyətlərlə bağlıdır. Mənbələr bildirir ki, əməliyyatların uğursuz gedişi və bölgədə təhlükəsizlik vəziyyətinin mürəkkəbləşməsi Vaşinqtonu strategiyasını yenidən nəzərdən keçirməyə vadar edib. pizza sifarişi

Hazırda Suriyada təxminən 900-ə yaxın ABŞ hərbçisi yerləşir. Onlar əsasən İŞİD-ə qarşı mübarizə və yerli müttəfiqlərin dəstəklənməsi missiyası çərçivəsində fəaliyyət göstərirlər..


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!