Güclü leysan rayonlarda fəsadlar törətdi

saytların hazırlanması

Evə çatdırılma

Güclü leysan rayonlarda fəsadlar törətdi

Hadisə

28 İyul 2020 20:57 972


Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Yenisabah.az Report-a istinadən məlumatına görə, küləklə müşahidə olunan yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.

Belə ki, Daşkəsən rayonunda leysan yağış səbəbindən bəzi ərazilərdə təsərrüfata zərər dəyib. Avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Pepperoni pizza

Samux rayonunun da bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Şəmkir rayonunda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilməsi dayandırılıb. Avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq rayonlarda güclü ildırım çaxır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!