Güclü yağış daşqınlara səbəb oldu: Qobustana sel gəldi - Video

saytların hazırlanması

Evə çatdırılma

Güclü yağış daşqınlara səbəb oldu: Qobustana sel gəldi - Video

Sosial

11 İyul 2020 22:41 1614


Qobustanım Poladlı kəndində güclü sel ciddi fəsadlar törədib.

Yenisabah.az Baku.tv-yə istinadən xəbər verir ki, bu gün günorta saatlarında başlayan güclü leysan ardınca gələn sel suları Pirsaat çayında daşqınlara səbəb olub.

Hadisə zamanı yoldan keçən avtomobili sel aparıb. Xoşbəxtlikdən sürücü ətrafdakı insanların köməyi ilə canını xilas edə bilib. Dördpendirli pizza

Güclü sel kənd evlərinə dolub, həyətyanı sahələr sel sularının altında qalıb. Sel kəndlilərin bostan sahələrinə və nar bağlarına ciddi ziyan vurub.

Əraziyə FHN-in əməkdaşları cəlb olunub. Hazırda təbii fəlakətin kəndə vurduğu ziyan hesablanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!