Güclü yağış Xaçmazda fəsadlar törədib - Video

saytların hazırlanması

Evə çatdırılma

Güclü yağış Xaçmazda fəsadlar törədib - Video

Rəsmi

17 Noyabr 2020 08:52 1490


Xaçmaz rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində bir sıra fəsadlar yaranıb.

“Yeni Sabah” Baku TV-yə istinadla xəbər verir ki, rayon mərkəzi də daxil olmaqla yaşayış məntəqələrində fərdi yaşayış evlərinin həyət və zirzəmilərini su basıb. Elektrik təsərrüfatına ziyan dəyib.

Bu səbəbdən də rayonda elektrik enerjisinin verilişində`məhdudiyyət olub. Dördpendirli pizza

Yağan yağışla əlaqədar olaraq, rayonun fövqəladə hallar komissiyasına 800-ə yaxın müraciət olunub. Komissiyanın sədri Bəxtiyar Osmanov bildirib ki, hazırda mütəxəssislərin iştirakı ilə evlərə baxış keçirilir. İlkin olaraq leysan yağışlarının 300-ə yaxın evə zərər vurduğu məlum olub.

B. Osmanov əlavə edib ki, fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!