Güləşçilərimiz Qitələrarası Kubokda yarışacaq

saytların hazırlanması

Evə çatdırılma

Güləşçilərimiz Qitələrarası Kubokda yarışacaq

İdman

10 Oktyabr 2019 14:51 754


Oktyabrın 11-dən 13-dək Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə Qitələrarası Kubok yarışı keçiriləcək.

“Yeni Sabah” federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 11-ci dəfə təşkil olunacaq ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə, Tural Hüseynov (hər ikisi 61 kq), Vahid Əlizadə (65 kq), Vurğun Əliyev, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), İsmayıl Abdullayev, Coşqun Əzimov, Nadir Hacıyev (hamısı 74 kq), Rəşad Yusifli (79 kq), Roman Bəkirov və Rahid Həmidli (hər ikisi 125 kq) təmsil edəcək.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!