Güləşçimiz ermənini məğlub edib dünya üçüncüsü oldu

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz ermənini məğlub edib dünya üçüncüsü oldu

İdman

02 Noyabr 2019 20:12 1026


Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından "Yeni Sabah"a daxil olan məlumata görə, beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.

Püşk Zaur Əliyevi startda böyüklər arasında son dünya çempionu Nuqzari Tsurtsumia ilə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz güclü rəqibi üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Növbəti görüş də gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz Qazaxıstan güləşçisi ilə qarşılaşmanın son dəqiqəsinədək 0:4 hesabıyla geridə olsa da, geridönüş edərək adını yarımfinala yazdırıb. Ancaq Rusiya güləşçisinə uduzduğu üçün noyabrın 2-də bürünc medal görüşünə çıxıb. Erməni güləşçi ilə prinsipial qarşılaşmadan qalib ayrılan Zaur dünya üçüncüsü olub. pizza mizza

Digər idmançımız Tuncay Vəzirzadə təsnifat mərhələsində çətinlik çəkmədən Polşa idmançısına qalib gəlib. Lakin növbəti qarşılaşmada Hindistan güləşçisinə məğlub olub.

Eltun Vəzirzadə isə ilk görüşdə Danimarka təmsilçisini üstələyib. Ancaq 1/8 finalda Türkiyə pəhləvanı ilə bacarmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!