Günay Ağamalı Salyanda Şəhid Sabir Salahovun ailəsini ziyarət etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalı Salyanda Şəhid Sabir Salahovun ailəsini ziyarət etdi - Video

Siyasət

16 Avqust 2024 18:29 915


Deputatlığa namizəd Günay Ağamalı Salyanda Şəhid Sabir Salahovun doğum günü ərəfəsində ailəsini ziyarət edib.

Yenisabah.az xəbər verir ki, səmimi keçən görüşdə şəhid Sabir Salahovun həyat və döyüş yolundan söz açılıb.

Günay Ağamalı şəhid ailəsi ilə görüşün ona böyük qürur və fəxarət hissi yaşatdığnı, şəhidlərimizin bizim and-qürur yerimiz olduğunu söyləyib: “Şəhid ailələrinin yanında olmaq bizim vəfa borcumuzdur, hər zaman sizin yanınazdayıq”.  pizza

G.Ağamalı dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. 

Görüşdə şəhidin atası Hikmət Salahov və anası Sevgül Salahova Sabirin uşaqlıqdan çox vətənpərvər olduğunu, Vətənə sədaqətlə xidmət edərək 21 yaşında şəhadətə ucaldığını qeyd ediblər.

Şəhidin valideynləri deputatlığa namizəd Günay Ağamalıya xeyir-dua verərək, sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə ona uğurlar arzulayıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!