"O səs Türkiyə"nin dünənki buraxılışına azərbaycanlı qız damğa vurub.
"Yeni Sabah" bildirir ki, daha öncə "Azərbaycanın səsi" yarışmasının iştirakçısı olan Günay Bəylərqızı bu dəfə bəxtini Türkiyədə sınamaq qərarına gəlib. Onun ifası münsif üzvlərinin dördünü də razı salıb. Belə ki, "Saçlarını yol getir" mahnısını səsləndirən Günay üçün ilk öncə münsif kürsüsündə əyləşən Murat Boz və Beyazıt Öztürk dönüb. Daha sonra isə Hadisə ilə Seda Sayan da onlara qatılıb.
Tamaşaçıların istəyi ilə Günay mahnını ikinci dəfə səsləndirib. Toyuqlu pizza
Qeyd edək ki, Günya yarışmaya Murat Bozun komandasında davam edəcək.
Telegram kanalımız