“Günay, sən odla oynayırsan!” - ATV-də yenə ara qarışdı, Zaur əsəbləşdi - Video

saytların hazırlanması

Evə çatdırılma

“Günay, sən odla oynayırsan!” - ATV-də yenə ara qarışdı, Zaur əsəbləşdi - Video

Şou

13 Dekabr 2019 09:42 19044


ATV-nin "BizimləSən" proqramında talehi müzakirəyə çıxarılan Günay adlı qadın Zair Baxşəliyevi qəzəbləndirib.

“Yeni Sabah” xəbər verir ki, iki uşağının atasından boşanan qadın Ramin adlı gənclə vətəndaş nikahında yaşayır və bu bərabərlikdən də bir övladı var.

Hazırda Günayın keçmiş həyat yoldaşı uşaqların vəlayətini almaq üçün hüquqi addımlar atır. Z.Baxşəliyev bu müddətdə Günaya dəfələrlə maddi yardım etdiyini dilə gətirib. Bunu efirdə səsləndirməyə isə Günayla Raminin hərəkətləri olub. Onlar dünən efirə gəlməkdən imtina ediblər və onlara zəng vuran verilişin əməkdaşlarını təhqir ediblər.  Toyuqlu pizza

Bundan sonra Z.Baxşəliyev efir vasitəsilə Günaya səslənib:

"Günay, sən odla oynayırsan! Mən sənə nə qədər dəstək oldum, bunu özün də bilirsən, Ramin də. Bir Günaya dəstək olduq, şəxsən mən öz əlimlə balalarına da, özünə də dəfələrlə kömək etmişəm. Biz indi Günaya zəng vururuq, Ramin telefonu qaldırıb, bizim əməkdaşları söyür və təhqir edir".

Xatırladaq ki, bir neçə gün bundan öncə  Günayın keçmiş əri ilə indiki həyat yoldaşı Ramin arasında dava düşüb. Belə ki, Ramin və İlham adlı şəxs ATV yerləşdiyi binanın pilləkanlarında əlbəyaxa olub. Həmin anlar kanalın təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!