Gürcüstan hökuməti geri çəkildi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan hökuməti geri çəkildi

Rəsmi

09 Mart 2023 10:29 1100


Gürcüstanda etirazlara səbəb olan "xarici agentlər" haqqında qanun layihəsi parlamentdən geri götürülüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü arzusu” partiyasının, “Xalqın Gücü” ictimai hərəkatının və parlament çoxluğunun birgə bəyanatında deyilir. 

Hakimiyyət əhali ilə görüşlərə başlamaq və qanun layihəsinin mahiyyətini və əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaq niyyətindədir.  Pepperoni pizza

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!