Gürcüstan parlamenti yaxınlığında toplaşan etirazçılarla polis əməkdaşları arasında toqquşma olub.
Yenisabah.az “Azadlıq Radiosu”nun Gürcü Xidmətinə istinadla xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Polisin bir neçə etirazçını saxlayıb. pizza mizza
Bundan əvvəl qanun layihəsinin müzakirəsi zamanı parlamentdə iqtidarla müxalifət deputatları arasında dava baş verib.
Gərginlik “Xarici agentlər haqqında” qanun layihəsini təqdim edən hakim “Gürcü Arzusu” partiyası və “Xalq Gücü” parlament fraksiyasının parlamentdəki çıxışından sonra yaranıb.
Xatırladaq ki, fevralda Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsinin iki variantını qeydə alıb: gürcü və amerikan. Sənədin gürcü variantına görə, maliyyə vəsaitinin 20%-dən çoxu xaricdən gələn hüquqi şəxs, o cümlədən media xarici agentura şəbəkəsi hesab edilməlidir.
Telegram kanalımız