Gürcüstan prezidenti Salome Zurabişvili Ukrayna ilə gələcək sülh sazişinə Rusiya qoşunlarının Cənubi Osetiya və Abxaziyadan çıxarılmasının daxil edilməsini təklif edib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, "Bloomberg"-ə müsahibəsində danışıb.
Zurabişvilinin fikrincə, dünya ictimaiyyəti Rusiyadan qoşunlarını geri çəkməsini tələb etməsə, “Qərb daha bir böyük səhvə yol verəcək”. Sezar pizza
Ukraynada müharibə başlayandan sonra Gürcüstan anti-Rusiya sanksiyalarına qoşulmayıb. Baş nazir İrakli Qaribaşvilinin sözlərinə görə, məhdudiyyətlərə qoşulmaq Gürcüstan xalqına ziyan vuracaq. Zurabişvili təsdiq edib ki, gürcü tərəfi öz milli maraqlarını rəhbər tutaraq Moskvaya qarşı məhdudiyyətlər qoymayacaq.
S. Zurabişvili onu da bildirib ki, bir dövlətin Avropa gələcəyini müəyyən etməsi mümkün deyil. O, vətənində həbsdə olan Gürcüstanın keçmiş lideri Mixail Saakaşviliyə dair yaranmış vəziyyəti Avropa Parlamentidə pislənməsinə belə münasibət bildirib.
Telegram kanalımız