Gürcüstan prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixeil Saakaşvilini siyasətdən getməyə və Gürcüstanı girov saxlamağa son qoymağa çağırıb.
Yenisabah.az “Radio Tavisupleba”ya istinadla xəbər verir ki, bu barədə Zurabişvilinin bəyanatında deyilir.
O bildirib: “Saakaşvili birdəfəlik öz cinayətlərini etiraf etməli, siyasətdən getmək şərti ilə ölkəni və müxalifəti girov saxlamağa son qoymalıdır”. Pepperoni pizza
Xatırladaq ki, bundan əvvəl Saakaşvilinin partiya üzvləri Gürcüstan parlamentini boykot və mandatlardan imtina edəcəklərini bəyan ediblər.
“Vahid Milli” partiyanın nümayəndələri öz qərarlarına əsas kimi Gürcüstanın həbsdə olan prezidentinin saxlanmasını göstəriblər.
Telegram kanalımız