Gürcüstan prezidentinin oğluna Fransada yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan prezidentinin oğluna Fransada yüksək vəzifə verildi

Rəsmi

15 Sentyabr 2019 17:19 1208


Gürcüstan Prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani Yelisey sarayının diplomatik bölməsinin əməkdaşı təyin edilib.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, Fransa və Gürcüstan vətəndaşı olan Qorcestani bundan əvvəl Fransanın Nyu Yorkdakı BMT nümayəndəliyində çalışıb. Son illərdə o, Fransanın Londondakı səfirliyinin əməkdaşı olub.

Teymuraz Qorcestani yeni vəzifəsində Asiya, Şimali və Latın Amerikası ölkələri ilə əlaqəli məsələlərlə məşğul olacaq. Sezar pizza

Bildirilir ki, Teymuraz Qorcestani Salome Zurabişvilinin İran əsilli gürcü Nikoloz Qorcestani (Ququşvili) ilə ilk nikahından olan oğludur. Zurabişvilinin bir qızı da var - Ketevan Kardava. O, jurnalist kimi fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!