Gürcüstan Rusiyaya və Ermənistana avtomobil tədarükünü dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan Rusiyaya və Ermənistana avtomobil tədarükünü dayandırdı

Maraqlı

18 Avqust 2023 15:26 738


Gürcüstan Rusiyaya, o cümlədən Ermənistana avtomobil tədarükünü tamamilə dayandırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Qəzetin məlumatına görə, Tbilisi hakimiyyəti avqustun 1-dən mühərriki 1,9 litr və daha çox olan Amerika avtomobillərinin, həmçinin hibrid və elektromobillərin ixracını qadağan edib. pizza sifarişi

Nəşr yazır ki, ilkin olaraq Avropa avtomobilləri üçün oxşar məhdudiyyətin sentyabrın 26-dan qüvvəyə minəcəyi güman edilirdi, lakin sərhədçilər artıq Yuxarı Lars keçid məntəqəsindən avtomobilləri Rusiyaya buraxmırlar.

Qeyd edək ki, Ukraynada münaqişə başlayandan sonra 2023-cü ilin birinci yarısında Gürcüstandan Rusiyaya avtomobil ixracı təxminən dörd dəfə artaraq 3.780 ədədə çatıb. Bununla belə, Ermənistana ixrac daha əhəmiyyətli artım, demək olar ki, 12,5 dəfə, yəni 10 min ədəddən çox artıb.

Buna səbəb Rusiya ixracatçılarının dolama yollardan istifadə etməsidir: Nəşrin mənbəsi bildirib ki, ixracatçılar öncə maşınları Gürcüstana gətirib Ermənistana aparıblar, orada isə gömrükdən keçirib Yuxarı Lars sərhəd keçidindən Rusiyaya göndəriblər.

Qəzet yazır ki, Gürcüstandakı qadağadan sonra avtomobillərin Qazaxıstan və ya Qırğızıstan vasitəsilə idxal ediləcəyi gözlənilir. “Kommersant” əlavə edib ki, Gürcüstan tərəfinin qadağası avtomobillərin qiymətinə təsir etməyəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!