“Gürcüstan yeganə ölkədir ki, Ermənistan və Azərbaycanın ona tam etimad göstərirlər”.
Yenisabah.az “İmedi” telekanalına istinadla xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
O qeyd edib ki, Tbilisi həmişə beynəlxalq tərəfdaşları Gürcüstandan vasitəçi kimi istifadə etməyə dəvət edib: pizza
“Unikallığımız Gürcüstanın uzun illərdir qonşularına qarşı yürütdüyü siyasətdən irəli gəlir. Biz Ermənistandakı və Azərbaycandakı dostlarımıza ümumi regional etimadın yaradılması üçün təkliflər etmişik. Xüsusilə, həmişə beynəlxalq tərəfdaşlarımıza Gürcüstandan vasitəçi kimi istifadə etməyi təklif edirik”.
Xatırladaq ki, bundan əvvəl Baş nazir və parlamentin sədr müavini Gürcüstanın vasitəçilik missiyasının hazır olduğunu bəyan ediblər.
Telegram kanalımız