Gürcüstanda 5 deputatın mandatı ləğv edildi 

Gürcüstanda 5 deputatın mandatı ləğv edildi 

Bölgə Veb saytların hazırlanması

24 Mart 2023 13:51 882


Gürcüstan parlamentinin bu gün keçirilən iclasında 5 deputatın fəaliyyətinə xitam verilib. 

Yenisabah.az AZƏRTAC-a istinadən xəbər verir ki, İrakli Kovzanadze, Qiorgi Xelaşvili, Nino İobaşvili, Vladimir Çaçibaya və Qeorqi Amilaxvarinin deputat mandatı ləğv olunub. 

Bildirilib ki, V.Çaçibaya və N.İobaşvili Baş nazirin müşaviri, Q.Xelaşvili parlament sədrinin müşaviri, Q.Amilaxvari isə təhsil naziri təyin olunduqları üçün deputat mandatları ləğv edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!