Gürcüstanda azərbaycanlı itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda azərbaycanlı itkin düşdü

Sosial

01 Mart 2019 22:37 818


Gürcüstanda azərbaycanlı itkin düşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Agentliyindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə daxil olan məktubda Marneuli rayonunun İkinci Kosalı kənd sakini, 1952-ci il təvəllüdlü Əli Osmanovun (Gürcüstan Respublikasının vətəndaşı) 25.02.2019-cu il tarixində naməlum şəraitdə itkin düşdüyü bildirilib. Ə.Osmanova məxsus avtomobil Kür çayının yaxınlığında tapıldığı üçün Gürcüstan xilasediciləri tərəfindən çayda axtarışlar aparılır.

Fövqəladə Halların İdarəedilməsi Agentliyinin müraciətinə əsasən, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində axtarışlara cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!