Gürcüstanda azərbaycanlı qətlə yetirildi - Şübhəli saxlanıldı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - Şübhəli saxlanıldı - Yenilənib

Kriminal

01 Fevral 2020 16:47 1569


Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi (Şəmşoy) kənd sakini Feyzi Əhmədovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Saxlanılan şəxsin həmin kənd sakini olduğu bildirilir. Hazırda o, polis bölməsində dindirilir. Toyuqlu pizza

Gürcüstanın Daxili İşlər Nazirliyi saxlanılan şəxs barədə hələ rəsmi məlumat yaymayıb. /Report

***

Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi kənd sakini Feyzi Əhmədov qətlə yetirilib.

"Yeni Sabah" xəbər verir ki, hadisə ötən axşam baş verib.

F.Əhmədov gecə saatlarında evə gəlmədiyindən yaxınları onu axtarmağa başlayıblar və polisə xəbər veriblər. Bir neçə saatdan sonra onun meyiti kəndin kənarında aşkar olunub.

F.Əhmədovun döş nahiyəsinə bıçaqla bir neçə dəfə xəsarət yetirildiyi müəyyən olunub.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub, araşdırma aparılır.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!