Gürcüstanda baş verən yol qəzasında azərbaycanlı ailənin dörd üzvü öldü

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda baş verən yol qəzasında azərbaycanlı ailənin dörd üzvü öldü

Hadisə

16 Avqust 2020 22:32 849


Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığında Kvemo Poniçala (Aşağı Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında ağır yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra isə piyadaları vurub.

Hadisə nəticəsində 25 yaşlı qadın və onun dörd yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan dörd nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri yeddi yaşlı uşaq olub. Dördpendirli pizza

Ölən və xəsarət alanlar Məmmədovlar ailəsinin üzvləridir. Onlar toydan qayıdarkən qəzaya düşüblər.  Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.    /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!