Gürcüstanda ermənilər azərbaycanlılara hücum etdi:   Saxlanılanlar var

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda ermənilər azərbaycanlılara hücum etdi: Saxlanılanlar var

Hadisə

24 Avqust 2020 20:18 2905


Gürcüstanın Nonitsminda munsipalitetinin Toriya kəndində azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub.

Yenisabah.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, davaya səbəb mal-qaranın qonşu örüş sahəsinə girməsi, torpaq sahiblərinin isə heyvanları qovmasına görə başlayıb.

Toriuya kəndindəki örüşdən mal-qaralarını aparmağa gələn azərbaycanlılar hücuma məruz qalıb. Hadisə iştirakçılarından biri armenpress.am saytına açıqlamasında azərbaycanlılara hücum etdiklərini təsdiqləyib.  pizza mizza

 "Azərbaycanlılar 3-4 maşında gəldilər. Biz onlardan çox idik və davaya başladıq. Bizdən 3 nəfəri tutublar"-deyə o danışıb.

Gürcüstan polisi faktla bağlı 11 nəfəri saxlayıb. Onların əksəriyyətinin erməni olduğu bildirilir. Bir neçə saatdan sonra onların hamısı azadlığa buraxılıblar. Gürcüstan polisi 2 maddə ilə cinayət işi açıb.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!