“Konstitusiyanın pozulmasından sonra Gürcüstan prezidenti Salome Zurabişvilinin hərəkətlərində cinayət əlamətləri görünsə, o zaman araşdırma başlanacaq”.
Yenisabah.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze Gürcüstan prezidentinin cinayət təqibinin mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili S.Zurabişvilinin Gürcüstan hökumətinin razılığı olmadan Aİ-yə səfərini davam etdirəcəyi təqdirdə cinayət təqibinin mümkünlüyünü açıqlamışdı. Toyuqlu pizza
“Ümumiyyətlə, kimsə cinayət törədibsə, şübhəsiz ki, araşdırma ola bilər. Konstitusiya Məhkəməsi prezidentin Gürcüstan Konstitusiyasını pozduğuna qərar verib. Şəxsən mən ədliyyə naziri kimi çox təəssüflənirəm ki, dövlət başçısı tərəfindən Konstitusiyanın pozulması faktı artıq təsdiqlənib”, - R. Breqadze bildirib.
Xatırladaq ki, oktyabrın 18-də Gürcüstan parlamenti prezident Salome Zurabişviliyə impiçment elan edə bilməyib. Belə ki, hakim “Gürcü arzusu” partiyası 100 səs baryerini keçmək üçün kifayət qədər səs toplaya bilməyib. Bundan əvvəl Konstitusiya Məhkəməsi hökumətin razılığı olmadan Aİ ölkələrinə səfər etmək və Gürcüstanın avrointeqrasiya perspektivləri ilə bağlı Avropa liderləri ilə danışıqlar aparmaqla Gürcüstan Konstitusiyasını pozduğuna dair Zurabişvili barəsində qərar qəbul edib.
Gürcüstan hakimiyyəti, həmçinin Zurabişvilini Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının tərəfində olmaqda və Gürcüstanın Aİ-yə namizəd statusu almasına mane olmaqda ittiham edib.
Telegram kanalımız