“Gürcüstanda insanlar acından ölə bilər”   - Saakaşvili 

saytların hazırlanması

Evə çatdırılma

“Gürcüstanda insanlar acından ölə bilər” - Saakaşvili 

Rəsmi

11 May 2020 16:17 1104


Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Milli Şurasının İslahatlar üzrə İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili Kiyev və Tbilisi arasındakı münasibətlərin pisləşəcəyi təqdirdə gürcü xalqının aclıq təhlükəsi ilə üz-üzə qalacağını bildirib.

Yenisabah.az xəbər verir ki, “Mtavari Arxi” telekanalındakı çıxışında o, Gürcüstanın daha çox Ukraynaya ehtiyacı olduğunu deyib.

Siyasətçinin sözlərinə görə, gürcülərin mağazalardan aldığı dənli bitkilər, qarabaşaq, ət məhsulları, kolbasa, süd Ukraynadan gətirilir. Marqarita pizza

“Ukrayna bizim əsas hasilat bazarımızdır. Ukrayna ilə münasibətlərə kölgə salmaq faciəvi olacaq və sabah Gürcüstanda insanlar acından öləcək”, - deyə Saakaşvili bildirib. (Modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!