Gürcüstanda miqrantlara peşə qadağaları qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda miqrantlara peşə qadağaları qoyuldu

Dünya

23 Fevral 2026 13:58 370


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədəki miqrantların sərnişin daşınması, kuryer xidməti və tur bələdçiləri kimi fəaliyyət göstərməsini qadağan edən hökumət qərarı imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, o bunu Gürcüstan vətəndaşlarının maraqlarının qorunması ilə bağlıdır.

"Biz, hər hansı digər ölkədə olduğu kimi, vətəndaşlarımızın əmək maraqlarını qorumalıyıq. Xarici işə qəbulun icazə verilən və uyğun olmayan sahələrini müəyyən etmişik. Bu, vətəndaşlarımızla iş uğrunda həddindən artıq rəqabətdən qaçınmaq üçün vacibdir", - Kobaxidze bildirib. Pepperoni pizza

Keçən həftə parlamentdə çıxış edən Baş nazir Gürcüstanda 250 mindən çox miqrantın və onlardan bəzilərinin işlə təmin olunduğunu bildirib. Onun sözlərinə görə, hökumət miqrasiya ilə bağlı bütün prosesləri nəzarətə götürməlidir.

Fevralın 16-da Gürcüstanın daxili işlər naziri Gela Geladze bu il ölkədən 4000-ə qədər qanunsuz miqrantın deportasiya edilməsinin planlaşdırıldığını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!