Gürcüstanda şok hadisə - qadın bıçaqla uşaqlara hücum etdi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda şok hadisə - qadın bıçaqla uşaqlara hücum etdi - VİDEO

Rəsmi

31 Avqust 2019 15:00 1428


Gürcüstanın paytaxtı Tiflisdə dəhşətli hadisə baş verib. 

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, axşam saatlarında valideyinləri ilə gəzintiyə çıxan azyaşlı uşaqlara yoldan keçən qadın bıçaqla hücum edib. 

Xəbərdə bildirilib ki, qadın əvvəlcə oğlana tərəf anidən hərəkət edərək uşağın üzünə bıçaqla zərbələr endirib. Daha sonra geriyə qayıdıb qıza da hücum etməyə çalışan qadının qarşısı alınıb.  pizza hut

Hadisə yerindən uzaqlaşan 50 yaşlı qadını gürcü polisi yaxalayıb. Uşaqlara hücum edən qadını 7 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Onun hadisəni nə səbəbdən törətdiyi hələ ki məlum deyil. 

Qeyd edək ki, böyük şok keçirən ailədə xəsarət alan oğlan artıq əməliyyat edilib və vəziyyəti normaldır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!