Gürcüstanda tutulan İŞİD-çilər azərbaycanlılardır

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda tutulan İŞİD-çilər azərbaycanlılardır

Rəsmi

17 May 2023 17:20 1374


Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İŞİD terror qruplaşmasına qarşı həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan şəxslər etnik azərbaycanlılardır.

Yenisabah.az "Novosti Qruziya"ya istinadla xəbər verir ki, bu barədə saxlanılanların vəkili İoseb Natroşvili yerli mətbuata açıqlamasında bildirib.

O, saxlanılanların ittiham edildikləri işin məxfi saxlanıldığını qeyd edib. Toyuqlu pizza

“Həbs olunanlardan dördünün hüquqlarını mən müdafiə edirəm. Hələlik onlarla görüşməmişəm, mövqelərini bilmirəm. Müstəntiqdən onlara qarşı ittihamların bu gün irəli sürüləcəyini öyrəndim. Ümumən 7 nəfər həbs edilib. Onlardan 6-sı dünən, biri isə apreldə saxlanılıb. Apreldə saxlanılan Türkiyə vətəndaşıdır və Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin təcridxanasına yerləşdirilib. Dünən saxlanılan 6 nəfər isə Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!