Gürcüstanda yenidən aksiyalar başladı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda yenidən aksiyalar başladı

Dünya

05 Fevral 2020 08:05 1058


Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir.

"Yeni Sabah" xəbər verir ki, aksiyada müxalifət partiyalarının nümayəndələri və ictimai fəallar iştirak edirlər.

Meydana toplaşanlar etiraz aksiyası çərçivəsində parlament çoxluğunun üzvü olan deputatlar üçün “utanc dəhlizi” də yaratmağı planlaşdırırlar. Toyuqlu pizza

Etirazçılar parlamentin binası qarşısındakı hasara Kremlin fotosunun olduğu baner asıblar. Onların sözlərinə görə, hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili Rusiyanın maraqlarına uyğun siyasət aparır.

Aksiyanın əsas tələbi ölkədə ədalətli seçki sisteminin yaradılmasıdır.

Müxalifət liderləri parlament yaxınlığında etiraz aksiyalarının qanunverici orqanın iclasları ilə paralel davamlı olaraq keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, Gürcüstan parlamentinin yaz sessiyası ötən gün açılıb. Müxalif Vahid Milli Birlik Hərəkatı və Avropalı Gürcüstan partiyaları qanunverici orqanın iclaslarını boykot edib. Qanunverici orqanın qarşısındakı ərazi yanvarın 22-dən etibarən təmir-bərpa işləri üçün dəmir konstruksiya ilə əhatəyə alınıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!