Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlandı

Rəsmi

17 Oktyabr 2023 12:49 671


2023-cü ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan 36 Azərbaycan vətəndaşını deportasiya edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu ilin birinci rübündə 13, ikinci rübündə 19, üçüncü rübündə isə 4 Azərbaycan vətəndaşı ölkədən çıxarılıb. Gürcüstanda deportasiya edilən Azərbaycan vətəndaşlarından 17-si yetkinlik yaşına çatmayanlar olub. pizza sifarişi

Gürcüstan bu il ümumilikdə 154 əcnəbini deportasiya edib. 162 əcnəbiyə humanitar və qaçqın statusu verilib.

Ümumən yanvar-sentyabr aylarında Gürcüstandan 776 əcnəbi sığınacaq istəyib. Əksəriyyəti İran və Türkiyə vətəndaşları olmaqla, 349 nəfərə imtina edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!