Gürcüstanın Azərbaycana nə qədər borcu var? 

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın Azərbaycana nə qədər borcu var? 

İqtisadiyyat

15 Oktyabr 2020 18:03 2616


Bu il oktyabrın 1-nə Gürcüstanın Azərbaycana 5,685 milyon ABŞ dolları borcu var.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz qalıb. pizza sifarişi

Sənədə əsasən, hesabat tarixinə Gürcüstanın ümumi xarici dövlət borcu 6,76 milyard ABŞ dolları təşkil edir ki, bu məbləğin də 6,5 milyard ABŞ dolları hökumətin payına düşür.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana da borcu dəyişməyərək müvafiq olaraq 10,959 milyon ABŞ dolları, 43,134 milyon ABŞ dolları və 5,954 milyon ABŞ dolları səviyyəsində qalıb.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələr Fransa (554,7 milyon ABŞ dolları), Almaniya (495 milyon ABŞ dolları) və Yaponiyadır (215,1 milyon ABŞ dolları). Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!