Gürcüstanın paytaxtında nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın paytaxtında nə baş verir?

Rəsmi

07 Mart 2023 22:22 1556


Bu gün axşam saatlarında hüquq-mühafizə orqanları Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar. Gözyaşardıcı qazdan dəfələrlə istifadə edildikdən sonra su şırnaqları ilə aksiya iştirakçıları hədəfə alınıb.

Rustaveli prospektində parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir. Sezar pizza

Məlumata görə, iğtişaşlar nəticəsində zərərçəkənlər var, onlara tibbi yardım göstərilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!