Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə 09.04.2019-cu il tarixində “Güzəştli mənzil” sisteminin satış modulunun sınaq (demo) versiyasını istifadəyə verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. O bildirib ki, istifadəçilər mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək üçün bu resursdan bəhrələnə bilərlər:
“Uduş sansını yüksəltmək üçün tövsiyə edirəm ki, güzəştli mənzil əldə etmək istəyənlər, sınaq (demo) versiya ilə məşq etməklə yanaşı normal kompüteri yüksək keyfiyyətli internetlə təmin etsinlər. Həmçinin də kompüterdə işləmək vərdişləri yetərli olan mütəxəssis tapsınlar”. pizza mizza
Ekspert xatırladıb ki, ötən satış prosesində hətta 9-10 saniyəyə mənzil seçənlər olub və onlayn satış prosesi cəmi 1-2 dəqiqə müddətində başa çatıb.
Qeyd edək ki, satış modulunun sınaq versiyası 9 aprel 2019-cu il tarixi saat 11:00-dan 27 aprel 2019-cu il tarixi saat 23:59-dək aktiv olacaq.
Satış modulunun sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.
Vətəndaşlar “108” saylı Çağrı mərkəzinə zəng edərək mövzu ilə bağlı bütün suallarına cavab tapa bilərlər.
Telegram kanalımız