“Haber Global” Şuşadadan reportaj hazırladı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Haber Global” Şuşadadan reportaj hazırladı - Video

Siyasət

15 Avqust 2023 22:58 1494


Türkiyənin məşhur “Haber Global” telekanalı yenidən Şuşadan reportaj hazırlayıb.

Yenisabah.az xəbər verir ki, reportajda Şuşada erməni işğalı zamanı dağılmış tikililərə diqqət yetirilib.

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsindən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq işğaldan azad edilən ərazilərin yenidən qurulması və bərpası davam edir. pizza mizza

Vurğulanıb ki, Şuşanın 28 il işğal altında olan evləri, ictimai binaları uçmaq həddinə gəlib çatıb.

“Hazırda isə əsrlərlə yaşı olan tarixi-mədəni abidələrin dağıdıldığı şəhər ilkin formasına qaytarılır”.

Reportajda Gövhər Ağa məscidində aparılan bərpa işləri, eləcə də bölgədəki yol infrastrukturunun yenidən qurulması da öz əksini tapır:

“Məscid ibadət üçün açıqdır. Bundan əlavə, bir çox nöqtədə bərpa işləri aparılır. Butik otellər tikilir. Ziyan görmüş bütün tarixi binalarda iş aparılır. İşlər şəhərin tarixi görkəmi pozulmadan həyata keçirilir”.

Videomaterialda Şuşanın təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əhəmiyyəti vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!