Sərbəst güləş üzrə üçqat dünya və Avropa çempionu Hacı Əliyev daha bir uğursuzluq yaşayıb.
“Yeni Sabah” xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunan turniri medalsız başa vurub. Belə ki, 28 yaşlı olimpiya mükafatçısı ilk görüşdə rusiyalı Nikolay İvanovla qarşılaşıb və 10:0 hesabı ilə qalib gəlib. Lakin növbəti qarşılaşmada rusiyalı Daşa Şarastepanova məğlub olub. 5:7. Rəqib də 1/4 finalda məğlub olduğu üçün sərbəst güləşçinin çıxışı başa çatıb.
Qeyd edək ki, Hacı Əliyev ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatını da medalsız başa vurub. Pepperoni pizza
Xatırladaq ki, turnirdə Azərbaycandan Pərviz İbrahimov (57 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) da yarışır.
Telegram kanalımız