“Hafka” villalarını satdı - Kirayədə qalır

saytların hazırlanması

Evə çatdırılma

“Hafka” villalarını satdı - Kirayədə qalır

Hadisə

19 İyun 2025 11:18 2150


"Hafka" ləqəbi ilə tanınan azərbaycanlı iş adamı Hafiz Məmmədov müflisləşməsindən sonra, təxminən 10 ildən artıq müddətdə çoxsaylı əmlakının hesabına oliqarx həyatını davam etdirib. Lakin eks-milyonçu hazırda bütün əmlaklarını itirib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, iş adamının "milyonçular məhəlləsi" adlanan Məmməd Araz küçəsində 9 ədəd villası olub. "Hafka" villalarını bu illər ərzində dəyər-dəyməzə satıb. Bahalı mülklərin bir hissəsini "Putin İlham" kimi tanınan biznesmen İlham Rəhimov alıb, bir hissəsi isə digər şəxslərə satılıb. 

Hazırda Hafiz Məmmədovun "milyonçular məhəlləsi"ndə demək olar ki, qalmağa yeri yoxdur. Əldə etdiyimiz məlumata görə o, Ağ Şəhərdə yerləşən binaların birində kirayədə yaşayır.  pizza sifarişi

Onun İngiltərənin London şəhərində yerləşən mülkü də ailəsinin əlindən çıxıb. 

Qeyd edək ki, Hafiz Məmmədov "Baghlan Group" şirkətinin və "Bakı" Futbol Klubunun prezidenti, eləcə də "Bank of Azerbaijan"ın Müşahidə Şurasının sədri olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!