Hakan Fidan Ceyhun Bayramovla 2 saat müzakirə apardı

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidan Ceyhun Bayramovla 2 saat müzakirə apardı

Dünya

15 Yanvar 2026 14:28 352


Zəngəzur dəhlizi Orta Dəhliz baxımından, eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılması baxımından əhəmiyyətlidir.

"Yeni Sabah" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını istəyir. Dominos pizza

XİN rəhbəri Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq niyyətində olduğunu vurğulayıb: “Bunun üçün həm Azərbaycan, həm Türkiyə, həm də Ermənistanda lazım olan iradə var”.

Hakan Fidan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdiklərini qeyd edib.

O əlavə edib ki, çərçivə sənədi ilə bağlı Türkiyə Prezidenti də məlumatlandırılıb:

“Ermənistan xarici işlər nazirinin Vaşinqtona səfəri zamanı TRIPP-lə bağlı çərçivə sənədi dərc olundu. Biz bu məsələ ilə bağlı dəyərli həmkarım Ceyhun Bayramovla iki saat müzakirə aparmışıq. Bizim üçün Azərbaycan tərəfinin perspektivi önəmlidir. Prezident Ərdoğan da bununla bağlı məlumatlandırılıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!