Hakim partiyanın deputatı 441 min dollarlıq saat taxdı -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Hakim partiyanın deputatı 441 min dollarlıq saat taxdı - FOTO

Dünya

19 Yanvar 2026 10:10 658


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Əskişəhər millət vəkili Nəbi Hatipoğlu taxdığı bahalı saatla müzakirə mövzusuna çevrilib.

“Yeni Sabah” xəbər verir ki, deputat Əskişəhərdə keçirilən tədbirə qolunda dəyəri 441 min dollar (749 min 700 manat) olan "Richard Mille RM 30" model saatla gedib. 

Bundan əvvəl parlamentdə büdcə müzakirələri zamanı o, 214 min dollar dəyərində "Audemars Piguet" markalı saatla gündəmə gəlmişdi. Yeni saatın "ikinci əl" bazar qiyməti 255 min dollardır. Sezar pizza

N.Hatipoğlunun AK Parti sıralarına qatıldıqdan sonra ona məxsus şirkətə dövlətdən 50 milyon dollar həcmində vəsait ayrılıb. Şirkətin 2024-cü ildə ödədiyi vergi isə 11 milyon 51 min TL (təxminən 442 min manat) olub.

Nəbi Hatipoğlu son çıxışlarında Əskişəhərin keçmiş Bələdiyyə sədri Yılmaz Büyükerşəni hədəf alaraq “mal varlığı həyatın təbii axınına ziddir” deyib. Bu açıqlama fonunda deputatın özünün lüks saatları ictimaiyyətdə tənqidlərə səbəb olub.

Qeyd edək ki, Nəbi Hatipoğlunun bundan əvvəl taxdığı 214 min dollarlıq (364 min manat) saatı da müzakirələrə səbəb olmuşdu.  

İlhamə Qasımlı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!