Ermənistan Respublikasının keçmiş müdafiə naziri Davit Tonoyan və eyni iş üzrə həbsdə olan digər şəxslər hakimin təlimə qatılması səbəbindən həbsdə qalmaqda davam edəcəklər.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Tonoyanın vəkillik qrupu açıqlama verib.
Onlar iddia edirlər ki, hakimin iclası bir həftə təxirə salması heç bir halda Avropa İnsan Haqları Konvensiyasının müddəalarına uyğun gəlmir. Sezar pizza
Bəyanatda deyilir ki, hakim ilə Davit Tonoyanla bağlı cinayət işi üzrə məhkəmə iclaslarının hər çərşənbə axşamı keçirilməli olduğu barədə razılıq əldə olunub.
“Hakim bu dəfə təlim kurslarında iştirak etdiyi üçün vədinə xilaf çıxıb”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, sessiya 2023-cü il fevralın 21-də keçirilməli idi, lakin 28 fevral 2023-cü il tarixinə təyin edilmişdi.
Xatırladaq ki, 2021-ci il sentyabrın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti silah tədarükü ilə məşğul olan Davit Tonoyan və “Patrov Davo” ləqəbli Davit Qalstyanın xüsusilə irimiqyaslı soyğunçuluqda şübhəli bilinərək həbs edildiyini açıqlamışdı.
Bundan əvvəl isə sentyabrın 25-də Milli Təhlükəsizlik Xidməti məlumat vermişdi ki, Silahlı Qüvvələrin Aviasiyasının keçmiş rəisi Avetik Muradyan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır maddi nəticələrə səbəb olmaqda və vəzifə saxtakarlığı törətməkdə şübhəli bilinərək həbs edilib.
Məlumata görə, o, hələ 2011-ci ildə silah-sursat tədarük edən təşkilatlardan birinin Ermənistana 1985-1991-ci illərdə istehsal olunmuş raketləri idxal etdiyini rəsmən bilirmiş. Ermənistan MTX-nin məlumatında qeyd olunur ki, təhvil verildikdən bir müddət sonra raketlərin bir hissəsi atılmayıb və balansdan çıxarılıb, qalanları isə 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibə də daxil olmaqla, ümumiyyətlə istifadə olunmayıb.
Tonoyan və Qalstyan 2021-ci il sentyabrın 30-dan həbsdədirlər.
Bu işdə, həmçinin, Baş İdarənin keçmiş rəisi Artak Davtyan, Baş İdarənin keçmiş rəis müavini Stepan Qalstyan, Ermənistan Müdafiə Nazirliyinin Aviasiya Departamentinin Aviasiya Texniki Əmlak Xidmətinin rəisi Artyom Hambaryan və Aviasiya şöbəsinin baş mühəndisi Vladimir Babayanın da adı hallanır.
Telegram kanalımız